7 C
Baku
Thursday, December 12, 2024

Çin və ABŞ ticarət mübahisələrinə dair danışıqları davam etdirəcəklər

Çin ilə ABŞ ticarət mübahisələrinə dair danışıqları davam etdirməyi qərar alıblar.

Çin Kommersiya Nazirliyinin yanvarın 7-9-da Pekində nazir müavini səviyyəsində keçirilmiş Çin-ABŞ ticarət danışıqlarının yekunu barədə yaydığı məlumatda belə deyilir. Bu barədə Banker.az AzərTac-a istinad edir.

Bildirilir ki, danışıqlarda ticarət məsələlərinə dair tərəfləri maraqlandıran mövzular ətraflı müzakirə olunub və məsələyə dair sıx təmasın saxlanılması barədə razılıq əldə edilib.

Qeyd edək ki, ötən ilin dekabrında Buones-Ayresdə keçirilən “Böyük iyirmilər”in zirvə görüşü çərçivəsində Çin və ABŞ dövlət başçılarının görüşündə ticarət mübahisələrinə dair danışıqların davam etdirilməsi barədə razılıq əldə olunmuşdu. Həmin razılaşma çərçivəsində Pekində nazir müavini səviyyəsində ilk ticarət danışıqları yanvarın 7-8-nə planlaşdırılsa da, görüş bir gün daha uzadılıb. Danışıqlarda ABŞ tərəfinə ticarət nümayəndəsinin müavini Cefri Geriş başçılıq edib.

Son xəbərlər
Digər xəbərlər