Çinin Liaoninq əyalətinin Dandonq şəhəri ilə KXDR-in Sinuiju şəhəri arasında dəmir yolu ilə yük daşımaları koronavirusun səbəb olduğu nəqliyyatın dayandırılmasından təxminən beş ay sonra bərpa edilib.
Bu barədə bazar ertəsi Yonhap agentliyi məlumat yayıb.
Agentlik Çindən yük vaqonları olan qatarın Çin-Koreya Dostluq Körpüsü ilə KXDR-ə getdiyini qeydə alıb.