Çin Xalq Bankı uçot faiz dərəcəsini 3.45%-dən 3.35%-ə, beş illik kreditlər üzrə faiz dərəcəsini isə 3.95%-dən 3.85%-ə endirib, bu barədə “Reuters” yazıb.
“Financial Times” (FT) yazır ki, hər iki ixtisar mərkəzi bankın faiz dərəcələrinə daha yaxşı nəzarət etmək üçün yeni pul siyasəti çərçivəsinə keçmək niyyətini əks etdirir.
Uçot faiz dərəcəsini endirəndən sonra Çinin “CSI 300” fond indeksi 0.7%, Honkonqun “Hang Seng” indeksi isə 0.3% ucuzlaşıb.