15 C
Baku
Thursday, May 9, 2024

Çin xam neft hasilatını artırıb

2021-ci ilin sentyabr ayında Çində xam neftin hasilatı illik hesablamada 3,2 % artaraq 16,61 milyon tona çatıb.

Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Artım tempi cari ilin avqust ayı ilə müqayisədə 0,9 faiz bəndi daha yüksək olub, orta gündəlik hasilat həcmi isə 554 min ton təşkil edib.

Qeyd edək ki, cari ilin ilk 9 ayı ərzində Çində xam neft hasilatının həcmi 149,84 milyon ton təşkil edib, bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 2,5 % çoxdur.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər