20 C
Baku
Friday, May 3, 2024

Çin xaricdən gələnlər üçün koronavirus testi tələbini aradan qaldıracaq

Aprelin 29-dan etibarən Çin xaricdən gələnlərə tətbiq edilən koronavirus testi öhdəliyini aradan qaldıracaq.

Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning Pekində keçirilən mətbuat konfransında bildirib.

Bundan sonra sərnişinlər üçün əvvəlcədən PCR testi keçmək məcburi olmayacaq və aviaşirkətlər test nəticələrini yoxlamayacaqlar.

Qeyd edək ki, yanvarın 8-də Çin COVID-19-a “A kateqoriyalı epidemiya” kimi yanaşmağı dayandırıb, bəzi karantin məhdudiyyətlərini ləğv edib və sərhədləri yenidən açıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər