-1 C
Baku
Saturday, December 14, 2024

Çin XİN: “1.4 milyarddan çox çinliyə düşmən olmağın sonu ABŞ üçün yaxşı bitməyəcək”

Vaşinqton ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin adaya səfəri nəticəsində Tayvan boğazında yaranmış gərginlikdən regionda hərbi mövcudluğunu artırmaq üçün istifadə edə bilər.

Bu barədə Çinin xarici işlər naziri Van İ jurnalistlərə bildirib.

“ABŞ bu problemdən istifadə edə və hərbi gücünü artıra və daha ciddi bir böhran yaratmağa cəhd edə bilər deyə, biz ayıq-sayıq davranırıq”, – nazir qeyd edib.

Onun sözlərinə görə, ABŞ-ın Tayvan məsələsində xəyanəti və qəsdən təxribatı Pekin və dünya ictimaiyyəti tərəfindən onlara olan etimadı daha da sarsıda bilər.

“1.4 milyarddan çox çinliyə düşmən olmağın sonu heç vaxt yaxşı nəticələnməyəcək”, – deyə Çinin XİN rəhbəri vurğulayıb.

Van İ əlavə edib ki, başqa ölkələrdəki bir sıra siyasətçilər adanın müstəqilliyinin tərəfdarıdırlar və ABŞ-dan nümunə götürə bilərlər. Diplomat xəbərdarlıq edib ki, bu dövlətlərin hakimiyyət orqanları “vəziyyəti səhv qiymətləndirirlər” və bu, onların Çinlə münasibətlərinin pozulmasına gətirib çıxara bilər.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər