6 C
Baku
Sunday, December 15, 2024

Çin XİN: ABŞ-ın xarici siyasəti Corc Floydun qətlinə bənzəyir

ABŞ-ın dünyanın digər ölkələri ilə bağlı yürütdüyü xarici siyasət Corc Floydun qətlinin necə baş verdiyinə bənzəyir. Bu fikri Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hua Çunyin deyib.

Banker.az bu barədə “RG.ru”ya istinadən xəbər verir.

“Biz ABŞ-ın özünü “dünya jandarmı” hesab etməsinə və digər ölkələrlə Corc Floyd kimi  rəftar etməsinə icazə verə bilmərik”, – Çunyin sosial mediada yazıb. O, izah edib ki, Vaşinqtonun öz istəklərini rəhbər tutaraq başqa ölkələri qorxutmağa və boğmağa haqqı yoxdur.

Qeyd edək ki, daha əvvəl ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Tayvana səfər edib və orada yerli administrasiya rəhbəri ilə görüşüb. Pekin Vaşinqtonun hərəkətinə kəskin etiraz edib. Bundan əlavə, Çin ordusu ada ərazisində hərbi təlimlərə başlayıb.

Son xəbərlər
Digər xəbərlər