“Çin Azərbaycanla Ermənistan arasında Brüsseldə keçirilən danışıqları alqışlayır”.
Bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsu Çjao Litszyan aprelin 7-də keçirdiyi brifinqdə bildirib.
“Rəsmi Pekin tərəflərin atəşkəs haqqında razılaşmaya birlikdə əməl edəcəyinə, regional sülh və sabitliyi dəstəkləyəcəklərinə ümid edir”, – o söyləyib.
XİN rəsmisi qeyd edib ki, Azərbaycan və Ermənistan Çinin tərəfdaşıdır: “Biz fikir ayrılığının danışıqlar yolu ilə həllini alqışlayırıq”.
Qeyd edək ki, aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüşü olub.