Çinin xarici işlər naziri Vanq Yi cümə axşamı bildirib ki, ölkəsi Fələstinin BMT-yə tam üzv olmaq istəyini dəstəkləyir.
BMT Təhlükəsizlik Şurası cümə axşamı günü Fələstinin BMT-nin tamhüquqlu üzvü olmasına dair qətnamə layihəsinə səs verəcək.
Qətnamənin qəbul edilməsi üçün BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən – ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və Çindən heç birinin əleyhinə səs verməmək şərti ilə doqquz lehinə səs tələb olunur.
Fələstin hazırda təşkilata qeyri-üzv müşahidəçi dövlətdir və bu status ona 2012-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən verilib.
Çinin xarici siyasət idarəsinin başçısı deyib: “İsrail-Fələstin münaqişəsi humanitar fəlakətə səbəb olub. Dərhal və qeyd-şərtsiz atəşkəs təmin edilməli və gərginliyin daha da artmasının qarşısını almaq üçün humanitar yardım mexanizmi yaradılmalıdır”.