6 C
Baku
Monday, December 16, 2024

Çin yeni milyarderlərin sayına görə ABŞ-ı üç dəfə qabaqlayıb

“Hurun” araşdırma şirkətinin məlumatına görə, il ərzində Çində yeni milyarderlərin sayı 182, ABŞ-da isə cəmi 59 nəfər artmışdır. Ən zəngin adamların sayına görə birinci yerdə Pekin durur – 110 nəfər. Müqayisə üçün: Nyu-Yorkda 98, Şenjendə 75, Guancou şəhərində isə 45 milyarder yaşayır.

Banker.az bu barədə “Rbc.ru”ya istinadən xəbər verir.

Mütəxəssislərin hesablamalarına görə, Çində (Hong-Kong və Tayvan da daxil olmaqla) ümumilikdə 799 milyarder yaşayır. ABŞ bu göstəriciyə görə xeyli geridədir (626).

Qeyd edildiyi kimi, sürətlə yayılan koronavirus epidemiyası Çin iqtisadiyyatına zərər vursa da, səhmlərin bahalaşmasına gətirib çıxarıb. Bundan əlavə, karantinə görə onlayn xidmətlərə tələbat artıb və “Baidu” axtarış sisteminin rəhbəri Robin Linin sərvəti əhəmiyyətli dərəcədə artıb.

Qlobal siyahıda birinci yeri “Amazon” nun rəhbəri Cef Bezos (140 milyard dollar), ikinci yeri “Louis Vuitton” nun rəhbəri Bernar Arno (107 milyard dollar), üçüncü yeri isə “Microsoft” un rəhbəri Bill Qeyts (106 milyard dollar) tutur.

Son xəbərlər
Digər xəbərlər