Çinin valyuta tənzimləyiciləri milli valyuta yuanın (CNY) ucuzlaşmasını yavaşlatmaq üçün bəzi kommersiya banklarından ABŞ dolları alışlarını azaltmağı və ya təxirə salmağı xahiş edib. Banker.az xəbər verir ki, bu barədə məsələdən birbaşa xəbəri olan iki şəxs Reuters-ə deyib.
Bu qeyri-rəsmi formada tətbiq edilir. Rsəmlərin qeyd edilən addımı Çinin pandemiyadan sonrakı iqtisadi bərpası və dollar və digər əsas valyutaların gəlirliyinin artması ilə zərər görmüş yuanı gücləndirmək üçün atılan son addımdır.
Bir mənbə requlyatorların bankların “yuanın son ucuzlaşması” səbəbindən öz ticarət hesabları altında dollar alışlarını dayandırmalı olduqlarını bildirirlər.
Mərkəzi bank funksiyasında olan Çin Xalq Bankı (PBOC) sorğuya cavab verməyib. Dövlət Xarici Valyuta İdarəsi isə məzənnə gözləntilərinin sabit olduğunu qeyd edir. Və bunun şirkətlərdə və maliyyə institutlarında “riskə qarşı neytral” düşünənlər üçün təkan verəcəyini deyib.
Mərkəzi Bank tərəfindən sıx idarə olunan yuan iyul ayında səkkiz ayın minimumunu vurub və ilin əvvəlindən bəri dollara nisbətdə 3.6% dəyər itirərək Asiyanın “ən pis” performans göstərən valyutalarından biri olub. USD/CNY hazırda 7.1693 səviyyəsindədir. Məzənnə yuan dollara qarşı 7.26 səviyyələrinə qədər iyulda düşüb.
Bildirək ki, PBOC-un milli valyutanı qorumaq üçün kifayət qədər alətləri var.