17 C
Baku
Çərşənbə axşamı, Sentyabr 28, 2021

Çində 5G şəbəkəsi ölkənin 95 faizini əhatə edir

Screen Shot 2021 09 02 at 14.34.20

Çində indiyədək 5-ci nəsil mobil rabitə (5G) şəbəkəsi üzrə 993 min baza stansiyası quraşdırılıb. Bununla da, 5G şəbəkəsi Çin ərazisinin 95 faizini əhatə edir.

Bu barədə Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi açıqlama yayıb. Bildirilir ki, hazırda ölkədə 5G mobil şəbəkə istifadəçilərinin sayı 392 milyondur.

Çin Mühəndislik Akademiyasının mütəxəssislərinin verdiyi proqnoza əsasən, 2021-ci ilin sonuna ölkədə 5G baza stansiyalarının sayı 1,7 milyonu ötəcək. Çin şirkətləri COVID-19 pandemiyasına baxmayaraq ötən il təxminən 600 min 5G baza stansiyası quraşdırıb.

Qeyd edək ki, Çin hazırda 5G şəbəkəsinə qoşulmaların sayına görə dünyada liderlik edir. 2019-cu ilin noyabrından etibarən Çinin 3 mobil rabitə operatoru – “China Mobile”, “China Telecom” və “China Unicom” abunəçilərə 5G şəbəkə xidmətləri göstərməyə başlayıb. Çinin mobil rabitə operatorları 5 il ərzində 5G şəbəkəsinə 220 milyard ABŞ dolları sərmayə yatırmağı planlaşdırıb. Proqnozlara görə, 2025-ci ilədək Çində 5G istifadəçilərinin sayı 460 milyona çatacaq ki, bu da dünyada ən böyük 5G bazarı olacaq.

AZERTAG

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər