25 C
Baku
Saturday, June 22, 2024

Çində COVID-19 məhdudiyyətləri yumşaldılıb

Çində etirazlar fonunda COVID-19 pandemiyası ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər yumşaldılıb.

Ölkədə risk qrupları xaric, koronavirusa yoluxmuş şəxslərin karantin müddətini mərkəzləşdirilmiş düşərgələrdə deyil, evlərdə keçirməsinə icazə verilib.

Bundan başqa, bir sıra ictimai məkanlara daxil olmaq üçün test vermək tələbinin də ləğv edildiyi bildirilib.

Pekinin ictimai narazılığı sakitləşdirmək məqsədilə qəbul etdiyi bu qərarının milli strategiyada kəskin dönüş olduğu vurğulanıb.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər