Çində koronavirus qurbanlarının sayı növbəti dəfə artdı

Koronavirus

Çində yeni növ koronavirusun yaratdığı pnevmoniya səbəbindən ölənlərin sayı 2663 nəfərə çatıb.

Bu barədə ÇXR-in Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi açıqlama yayıb.

Məlumata əsasən, 27,2 min insan müalicə yolu ilə bu virusdan xilas olub.

Son gün ərzində 71 ölüm faktı qeydə alınıb, təxminən 2,6 min insan xəstəxanalardan evə buraxılıb. Çində yeni növ koronavirusa yoluxanların ümumi sayı isə 77,6 mindən çoxdur.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları