Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç Ağdamda aqroşəhərciyin tikintisinin davam etdiyini və layihənin həyata keçirilməsində növbəti mərhələnin başladığını qeyd edib.

Pineviç bildirib ki, hazırda yaşayış və sosial obyektlər üzrə planlaşdırma işləri başa çatıb.

“Hazırda sənaye sektoru üzrə iş aparılır. Bu şəhərcik Azərbaycan hökumətinin həyata keçirdiyi “Böyük Qayıdış” dövlət proqramının elementlərindən biridir. Buna görə də təkcə yaşayış yerləri deyil, həm də rahat həyat üçün infrastruktur yaratmaq vacibdir”, – diplomat qeyd edib.

Pineviç vurğulayıb ki, aqroşəhərciyin layihələndirilməsi üzrə işlərin artıq bu il başa çatdırılması planlaşdırılır: “Düşünürəm ki, gələn il Ağdam aqroşəhərciyi layihəsinin həyata keçirilməsinə başlanacaq”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər