23 C
Baku
Friday, September 20, 2024

Çində ƏDV-nin aşağı düşməsi səbəbiylə Apple məhsulları ucuzlaşıb

‘Apple’ Çindəki onlayn mağazasında ‘iPhone’, ‘iPad’, ‘Mac’ və ‘AirPods’ qurğularının qiymətlərini təxminən 6% azaldıb.

Banker.az xəbər verir ki, bu, ölkədə ƏDV-nin azalması ilə əlaqədar olmuşdur.

Xatırladaq ki, dördüncü rübdə ‘Apple’ şirkətinin gəliri 5 milyard dollar düşüb, qiymətlərdə müşahidə olunan ucuzlaşma da bununla bağlı olmuşdur. 1 apreldən etibarən Çinin  Tmall və JD.com riteylerləri də şirkətin məhsullarının qiymətlərini kəsmişdir. Hal-hazırda, Çinin xarici istehsalçıları üçün ƏDV 16% yerinə 13% təşkil edir. Ayın başlanğıcından etibarən, ‘iPhone’ XR smartfonunun qiyməti 29 mart tarixinə nisbətən 4,6% azalıb.

Hong Kong və Tayvan da daxil olmaqla, 2018-ci ilin dördüncü rübündə Çinin payına ‘Apple’ gəlirlərinin təxminən 15% -i düşür. Buna baxmayaraq, ‘Apple’-ın Çin bazarında gəlirləri 13,17 milyard dollardan 9 milyard dollara qədər azalmışdır.

Bloomberg-in daha əvvəl verdiyi məlumata görə, ‘Apple’ dünyanın ikinci ən gəlirli şirkəti hesab olunur (59,5 milyard dollar), “Saudi Aramco” isə bu siyahıda 111,1 milyard dollarlıq xalis mənfəətlə birinci yer almışdır.

 

 



Son xəbərlər
Digər xəbərlər