7 C
Baku
Sunday, December 15, 2024

Video: Çində şaquli avtomobil parkinqi yaradılıb

Çində avtomobillər üçün nəzərdə tutulmuş şaquli parkinq sınaqdan keçirilir. Maşınların şaquli olaraq yerləşdirilməsini YouTube sosial şəbəkəsində izləyə bilərsiniz.

Layihənin müəlliflərinə görə, bu, parkinq yerlərinin sayını təxminən 70% artırır.

Avtodayanacaqda avtomobil xüsusi bir platformaya yüklənir və avtomobil ilə birgə parkinq yerinə daxil olur. Daha sonra avtomobilin dayandığı platforma, təxminən 30 dərəcə geri əyilir.

Chongqing Chaoli High-Tech Co. şirkətinin nümayəndəsi bununla bağlı qeyd edir: “Əgər avtomobili geri götürmək istəyirsinizsə birinci növbədə parkinqə daxil olursunuz, daha sonra parklama yerinə yaxınlaşırsınız və avtomobilinizə  qovuşursunuz”.

Yenilik parkinq yerlərinin sayını 24-dən 40-a qədər artıracaq.

Son xəbərlər
Digər xəbərlər