9 C
Baku
Thursday, December 12, 2024

Çində bubon taununa yoluxma aşkarlanıb

Ningxia Hui muxtar bölgəsində (Şimali Çin) bubon taununa yoluxma halı qeydə alınıb. Bu barədə regionun səhiyyə komitəsinin məlumatında deyilir, Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Səlahiyyətlilərin məlumatına görə, xəstəlik Daxili Monqolustandan Yinçuan şəhərinə qayıdan 45 yaşlı kişidə aşkarlanıb. Xəstəliyin ilk əlamətləri iyulun 12-də yaranıb və ertəsi gün o, yardım üçün tibb müəssisəsinə müraciət edib. Həkimlər çərşənbə axşamı, iyulun 19-da xəstəliyi təsdiqləyiblər.

Bubon taunu – “Yersinia pestis” bakteriyasının yaratdığı kəskin yoluxucu xəstəlikdir və özünü iki əsas formada – bubon və ağciyər formasında göstərir. Xəstəlik insanlara əsasən birə vasitəsilə keçir, limfa düyünlərinin iltihabı ilə xarakterizə olunur, zahirən lobyaya bənzəyir, adı da məhz bununla əlaqəlidir – “cumma” (ərəb dilindən tərcümədə “lobya”).

Son xəbərlər
Digər xəbərlər