6 C
Baku
Sunday, December 15, 2024

Çində dünyada ilk dəfə H10N3 quş qripinə yoluxma hadisəsi qeydə alınıb

Çinin şərqindəki Jiangsu əyalətində dünyada ilk olaraq H10N3 quş qripinə yoluxma hadisəsi qeydə alınıb. Banker.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Dövlət Gigiyena və Sağlamlıq Komitəsinin çərşənbə axşamı yayımladığı açıqlamada deyilir.

Verilən məlumata görə, Zhenjiang şəhərindən olan 41 yaşlı vətəndaş aprel ayının sonunda yüksək hərarət hiss edib, bir neçə gün sonra vəziyyətinin pisləşməsi səbəbindən həkimə müraciət edib və xəstəxanaya yerləşdirilib. Hal-hazırda xəstənin vəziyyəti stabildir.

Mayın 28-də Çinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi materialları nəzərdən keçirdikdən sonra xəstənin H10N3 quş qripinə yoluxduğunu müəyyən edib. Onunla təmasda olan bütün insanlar həkim nəzarəti altına alınıb.

Qeyd edildiyi kimi, H10N3 insana quşlardan keçir, çünki genom analizi bu virusun insanları yoluxdurmaq qabiliyyətinə malik olmadığını göstərib. Xatırladaq ki, indiyədək dünyada insanın H10N3 virusuna yoluxma halı qeydə alınmayıb. Bu virus quşdan quşa ötürülür və aşağı patogenliyə malikdir.

Son xəbərlər
Digər xəbərlər