-3 C
Baku
Sunday, December 15, 2024

Çində gənclər arasında işsizliyin səviyyəsi kəskin artıb

Çində gənclər arasında işsizliyin səviyyəsi cari ilin iyul ayında 17,1 faizə çatıb. Rəsmi rəqəmlər bu ildə ən yüksək həddə çatıb, çünki dünyanın ikinci ən böyük iqtisadiyyatı ciddi problemlərlə üzləşir.

Çin hökuməti gənclər arasında artan işsizlik, ağır borcla yüklənmiş əmlak sektoru və Qərblə ticarət problemləri ilə mübarizə aparır.

İqtisadi siyasətə cavabdeh olan Çinin Baş naziri Li Qiang cümə günü Sinxua dövlət xəbər agentliyinə müsahibəsində hökumət strukturlarını problemlərlə mübarizə aparan şirkətləri eşitməyə və onların çətinliklərini həll etməyə çağırıb.

Çinin Milli Statistika Bürosu (NBS) tərəfindən cümə günü açıqlanan 16-24 yaşlı gənclər arasında işsizlik nisbəti iyun ayındakı 13.2 faizdən 17,1 faizə qədər artıb. Bundan başqa, təxminən 12 milyon tələbə bu ilin iyun ayında Çin universitetlərini bitirib və bu, onsuz da çətin olan iş bazarında rəqabəti gücləndirib. Hökumət iyul ayında işsizliyin səviyyəsinin kəskin artmasını bununla izah edib.

Bu ilin mayında Çinin Sədri Si Cinpin bildirmişdi ki, gənclər arasında işsizliyə qarşı mübarizə sosial siyasətin əsas prioriteti kimi qəbul edilməlidir.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər