Çinin Tsinxuandao şəhərində “Transit Elevated Bus” futuristik avtobusunun sınaqları başlayıb.
Popmech.ru portalının verdiyi xəbərə görə, qeyri-adi avtobusun layihəsi (TEB-1) bu ilin mayında Pekində keçirilən “High-Tech Expo” sərgisində təqdim edilib.
İndi isə onun protoripi sınaq üçün yollara çıxarılıb. Avtobusun altında “tunel” var və orada iki zolaq üzrə minik avtomobilləri hərəkət edə bilir. Dayanacaqlarda sərnişinlərin təhlükəsizliyi üçün alt yolun qarşısına avtomatik şlaqbaumlar enir. Avtobus iki kənar dayaq vasitəsilə, təkər cütlüyü ilə hərəkət edir. Onun yuxarı hissəsində 300 nəfər sərnişin tutumlu salon var. Avtobusun uzunluğu 22 metr, eni 7,8 metrdir. Qabarit hündürlük 4,5 metr, “tunel”in hündürlüyü 2,1 metrdir. Geniş salonda sərnişinlər üçün oturacaqlar, kondisioner, damda şüşə panoram var.
Mühəndislərin fikrincə, avtobus yollardakı yükü və tıxacı azalda biləcək.
Lent.az