Çinin “Siasun” şirkəti tərəfindən işlənib hazırlanmış intellektual əməliyyat sistemi smartfonun köməyilə robotu uzaq məsafədən idarə etməyə imkan verir.
Əlavə edilmiş reallıq eynəyi taxmış operator real vaxt rejimində məlumatları əldə etməyə, robotlar tərəfindən sexdə yerinə yetirilən istehsal prosesinə nəzarət etməyə və smartfon vasitəsilə istehsal tapşırıqları vermək imkanına malikdir. “Yığcam əməliyyat sistemi robotların idarə edilməsini və ona nəzarəti xeyli sadələşdirib” – “Siasun” şirkətinin mühəndisi Xe Yuani deyib.
Mühəndis bildirib ki, bu sistem avtomobil istehsalı, elektrotexnika, tibbi alətlər istehsalı və əczaçılıq kimi sahələrdə tətbiq edilə bilər.
©İctnews