Çin Kommunist partiyası mədəniyyət sahəsində yeni islahatlar çərçivəsində reklam rolikləri üçün televiziya proqramlarını dayandırmağı qadağan edib. “BBC”-nin verdiyi xəbərə görə, gələn il yanvarın 1-dən 45 dəqiqə və daha çox vaxt efirdə olan televiziya proqramları zamanı reklam translyasiyaları dayandırılacaq.
Yüksək rütbəli liderlərin sözlərinə görə, onlar “sosialist mədəniyyətini” işləyib hazırlamaq istəyirlər, lakin bununla belə məhz nəyin nəzərdə tutulduğu izah edilmir.
“Radio və televiziya partiya xalqın ruporudur, mədəni fikir sahəsində vacib təbliğat cəbhəsidir”, – hökumətin bəyanatında belə deyilir.
Ekspertlər əmindirlər ki reklama qadağa bu şirkətlərin gəlirlərinə ciddi təsir göstərəcəkdir.
Bu haqda telekanallardan birinin rəhbəri isə demişdir ki, “Hökümət ən populyar televiziya proqramları zamanı kommersiya xarakterli reklam roliklərinə qadağa qoyarsa, bizi tamamilə məhv edə bilər”.