7 C
Baku
Sunday, December 15, 2024

Çində yanacağın qiymətləri aşağı salınıb

Çin hökuməti dünya bazarında xam neftin qiymətinin düşməsini nəzərə alaraq, yanacağın pərakəndə satış qiymətinin aşağı salınmasına dair qərar qəbul edib.

Çin Milli İnkişaf və İslahat Komissiyasının qərarına əsasən, benzinin və dizel yanacağının hər tonunun qiyməti müvafiq olaraq 210 yuan (30 ABŞ dolları) və 205 yuan aşağı salınıb.

Qeyd edək ki, Çində qüvvədə olan qiymət mexanizminə əsasən, dünya bazarında neftin qiyməti hər ton üçün 50 yuandan yuxarı həddə dəyişərsə və yeni qiymət 10 iş günü ərzində qüvvədə olarsa, Çin hökuməti neft məhsullarının satış qiymətini də müvafiq qaydada artırır və ya azaldır.

AzerTag

Son xəbərlər
Digər xəbərlər