6 C
Baku
Sunday, December 15, 2024

Çindən Azərbaycana alüminium sənayesi üçün xammal idxal olunub

“ADY Konteyner” şirkəti “Azəralüminium” MMC-nin sifarişi əsasında Çindən Azərbaycana alüminium sənayesinin strateji xammalı olan bişirilmiş karbon anod bloklarının idxalını həyata keçirib.

“ADY Konteyner”dan verilən məlumata görə, Qujing – Gəncə marşrutu üzrə hərəkət edən qatarda yüklər hər biri 40 futluq olmaqla 50 konteynerdə daşınıb. Qatar Qazaxıstanın Aktau limanına çatdıqdan sonra konteynerlər “Barıs” fider gəmisinə yüklənərək Bakı limanına gətirilib. Oradan isə qatarla Gəncə Alüminium Zavoduna yola salınıb.

Layihə “ADY Konteyner” və “Azəralüminium” şirkətləri arasında imzalanmış birgə yükdaşımalar haqqında memoranduma uyğun olaraq həyata keçirilir.

Ölkədə qeyri-neft sektorunun inkişafında əhəmiyyətli rolu olan “Azəralüminium” MMC carı ildə 30 min ton bişirilmiş karbon anod blokları tədarük edəcək. Bu günədək ADY Konteyner və “Azəraliminium” şirkətləri arasında əməkdaşlıq çərçivəsində Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Türkiyədən Azərbaycana 400 konteyner idxal edilib. Tərəflər əməkdaşlığı daha da genişləndirməyi hədəfləyir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər