1 C
Baku
Saturday, December 14, 2024

CinemaPlus 5 vakansiya üzrə işçi axtarır

VAKANSİYA 1: Nəzarətçi – bilet
Vəzifə öhdəlikləri:
  • Tamaşaçıları kinozala yalnız biletlərini göstərdikdən sonra buraxmaq.
  • Biletləri ciddi yoxlamalıdır. Biletdə zal, seans, tarix haqqında qeyd, biletin qiyməti, kinofilmin adı göstərilməlidir;
  • Tamaşaçıları kinozala buraxanda onları nəzkətlə salamlayır, onlardan mobil telefonlarını söndürməyi, bileti seansın sonuna kimi saxlamağı, biletdə göstərilən yerlərdə əyləşməyi xahiş edir və onlara xoş saatlar arzulayır;
  • Gecikmiş tamaşaçılara cib fənərinin köməyilə yerlərini tapmaqda kömək etmək;
  • Tamaşaçılara nəzakətlə, ədəblə xidmət göstərmək.
  • Verilən biletlərə uyğun olaraq tamaşaçılara 3D eynək və xüsusi nəm salfet təqdim etmək (bir bilet üçün 1 eynək və 1 nəm salfet);
  • Seans başa çatdıqdan sonra nəzarət çərçivəsi qarşısında hər bir tamaşaçıdan 3D eynəklərini qəbul etmək;
  • Tamaşaçıların xahişi ilə cari və planlaşdırılan repertuar haqqında, seansların cədvəli, reklam çarxlarının və kinofilmlərin göstərilmə müddətləri, onun janrı və iştirak edən aktyorlar haqqında məlumat vermək. Kinofilmə baxış üçün yaş məhdudiyyəti qoyularsa, bu barədə tamaşaçılara məlumat vermək;
  • Seans başlayanda kinozalın qapılarını bağlamaq;
  • Kinofilmin nümayişi zamanı bir neçə dəfə (7 dəfədən az olmayaraq) zala daxil olub kinonun verilməsinə və tamaşaçılar tərəfindən ictimai asayişin qorunmasına, temperatur rejiminə nəzarət etmək.
Vəzifəyə olan tələblər:
  • orta təhsilli.
  • Azərbaycan və rus dillərini sərbəst bilməli
  • Yaş: 18-25
Maaş:
  • (Net) 250 AZN
İş qrafiki:
  • 6 Günlük
Digər şərtlər 
  • Gecə saatlarına kimi işləmək imkanları olsun
  • Nahar və gecə saatlarında evə catdırılma şirkət hesabına

VAKANSİYA 2: Təmizlik nəzarətçisi

Şöbə: İnzibati şöbə
Vəzifə öhdəlikləri:
  • Təhkim olunmuş ərazinin təmizliyinin təmin olunması və qorunub saxlanmasına cavabdehlik;
  • Gecə və gündüz növbəsinin təmizlik işçilərinin idarə olunması;
  • Tabeçiliyində olan işçilərin həftəlik iş qrafikinin hazırlanması;
  • İşçilərə təmizlik vasitələrindən düzgün və təhlükəsiz istifadə qaydaları haqqında təlimatların keçirilməsi;
  • Ümumi və əsaslı təmizlik planlarının hazırlanması;
  • Görülmüş ilərin keyfiyyətinə cavabdehlik;
  • Təmizlik işləri üçün tələb olunan vasitələrin vaxtında sifarişi;
  • Vasitələrdən düzgün və qənaətlə istifadə olunmasına nəzarət;
  • Rəhbərliyin tapşırıqlarının vaxtında yerinə yetirilməsi.
Vəzifəyə olan tələblər:
  • İçtimai iaşə sferasında ən azı 1 il “Cleaning Supervisor” vəzifəsintə iş təcrübəsi;
  • Gündüz və gecə saatlarında işə çıxmaq imkanı;
  • Tələbkar və məsuliyyətlilik;
  • Tabeçiliyində olan işçi personalı idarə etmə və düzgün iş bölgüsünü həyata keçirmə bacarağı.
  • Azərbaycan və rus dillərini, ingilis dili bilənlərə üstünlük verilir;
  • E-mail vasitəsilə yazışma, Hesabatların hazırlanması və göndərilməsini;
  • Kimyəvi təmizləmə qaydalarını;
  • Kimyəvi maddələrin təyinatını və istifadə qaydalarını;
  • Təmizlik avadanlıqlarından istifadə qaydalarını və onları saz vəziyyətdə saxlanması normalarını.

VAKANSİYA  3: Barmen
Vəzifə öhdəlikləri:
  • Express barda təqdim olunan malların satışının həyata keçirilməsi;
  • Günün sonunda qalıq hesabatının hazırlanması;
  • Növbəti gün üçün tələb olunan malların siyahısının hazırlanması;
  • Günün əvvəlində anbardardan mal qəbul etmək və jurnallarda qeydiyyat aparmaq;
  • Məhsulları yararlılıq müddətinin təyin edilməsi və vaxtında satışının həyata keçirilməsi, əks təqdirdə satışdan çıxarılması;
  • Korlanmış məhsulların qaytarılması;
  • Müştərilərə qarşı daim gülərüzlü olmaq;
  • Geyim formasına və şəxsi qiqiyena qaydalarına ciddi riayət etmək;
  • Iş rejiminə, iş qrafikinə və daxili intizam qaydalarına ciddi riayət etmək
  • Iş yerini təmiz saxlamalı
Vəzifəyə olan tələblər:
  • 6 ay – 1 il qida məhsullarının satışı sahəsində iş təcrübəsi;
  • Kollektivdə işləmək bacarığı;
  • R-keeper kassa sistemində işləmək bacarığı;
  • Pul vəsaitləri ilə davranma bacarığı;
  • Azərbaycan və rus dillərində sərbəst danışmalı
  • Yaş: 18 və18-dən böyük
Maaş: 300AZN
İş qrafiki: 5 Günlük
Digər:
  • Digər şərtlər
  • Şirkət hesabına nahar və gecə saatlarında ünvana çatdırılmaq üçün nəqliyyat təmin olunur.

VAKANSİYA 4: Kinomexanik
Vəzifə öhdəlikləri:
  • Film nümayişini nöqsansız həyata keçirmək.
  • Kinotexnika və avadanlıqlara vaxtı-vaxtında texniki qulluq göstərmək .
  • Avadanlıqların nöqsansız işinin təmin olunması.
  • Reklam roliklərinin verilmiş media plana uyğun film öncəsi yerləşdirilməsi
  • Film və reklam roliklərinin formatının ekranla uyğunlaşdırılması
  • Filmlərin aktivləşdirmə açarlarının müddətini yoxlanması
  • Verilmiş hard diskdən filmlərin nümayiş cədvəlinə uyğun serverə yüklənməsi
Vəzifəyə olan tələblər:
  • Ali və ya orta-texniki təhsilli.
  • İT, kompyuter, kino və səs avadanlıqlarından anlayışı olmalı.
  • Azərbaycan və rus dillərini sərbəst bilməli
  • Yaş 20-40
Maaş: (Net) 300 AZN
İş qrafiki: 6 Günlük
Digər şərtlər: 
  • Gecə işləmək imkanları olsun
  • Nahar və gecə saatlarında evə catdırılma şirkət hesabına

VAKANSİYA 5: Kassir – bilet
Vəzifə öhdəlikləri
  • Bilet kassasının kassiri iş təlimatına əsasən Şirkətin müddəalarına və əsasnamələrinə müvafiq olaraq kino biletlərinin satışını həyata keçirir;
  • Qaydalara müvafiq olaraq bron və kino biletlərinin tərtibi üzrə əməliyyatlar aparır;
  • Ona etibar edilən maddi dəyərlərə qayğı ilə yanaşmaq. Azərbaycan Respublikası qanunvericiliyinin maddi məsuliyyət haqqında müqaviləsinə müvafiq olaraq maddi dəyərlərə görə məsuliyyət daşıyır. Etibar edilən pul vəsaitlərinin, biletlərin qorunmasını təmin etmək üçün tədbirlər həyata keçirir;
  • İş yerində təmizliyi və nizam-intizamı qoruyur;
  • İş yerini baş kassirin icazəsi, o olmadıqda isə, növbətçi inzibatçının icazəsi ilə tərk edir;
  • Özünün bilavasitə rəhbəri və növbətçi inzibatçının xidməti tapşırıqlarını yerinə yetirir;
  • İş yerində forma geyimdə olmaq.
Vəzifəyə olan tələblər:
  • Ali və ya orta-texniki təhsilli.
  • Azərbaycan və rus dillərini sərbəst bilməli
  • Yaş 18-25
Maaş: 250 AZN
İş qrafiki:6 Günlük
Digər şərtlər: 
  • Gecə saatlarına kimi işləmək imkanları olsun
  • Nahar və gecə saatlarında evə catdırılma şirkət hesabına

E-mail: [email protected]

Son xəbərlər
Digər xəbərlər