14 C
Baku
Wednesday, November 12, 2025

Çinin ən böyük neft-qaz şirkətlərindən biri Rusiya neftinin alışını dayandırıb

Çinin neft emalı şirkəti “Yanchang Petroleum” əvvəllər mütəmadi olaraq Rusiya neftini almasına baxmayaraq, artıq bu alışları dayandırıb, bu barədə treyderlərə istinadən “Reuters” yazıb.

Agentliyin mənbələrinin sözlərinə görə, Şanşi əyalətində yerləşən “Yanchang Petroleum” indiyədək hər ay orta hesabla bir partiya Rusiya nefti alırdı. Bu, əsasən Uzaq Şərq ixrac növləri — ESPO və ya Sokol markalı neft olurdu. Lakin indi şirkət dekabrdan fevralın ortalarınadək olan dövr üçün yeni təchizat tenderində Rusiya neftini almaqdan çəkinir.

“Yanchang Petroleum” — Çinin materik hissəsindəki ən böyük neft-qaz şirkətlərindən biridir. Onun zavodlarının emal gücü sutkada 348 min barel neft təşkil edir. Şirkət ildə 3,6 milyon metrik ton (təxminən 26 milyon barel) neft idxalına rəsmi kvotaya malikdir. “Yanchang Petroleum”un dəniz çıxışı yoxdur, buna görə də xammal Pekin yaxınlığındakı Tyanczin limanından dəmir yolu ilə şirkətin neft emalı zavoduna daşınır.

22 oktyabrda ABŞ “Lukoil” və “Rosneft” şirkətlərinə qarşı sanksiyalar elan edib, bu tədbirlər 21 noyabrda qüvvəyə minəcək. Bu ilin əvvəlindən “Qazpromneft” və “Surqutneftqaz” da məhdudiyyətlər altındadır.

“Bloomberg” noyabrın əvvəlində xəbər vermişdi ki, Çin neft emalı zavodları sanksiyalar səbəbindən Rusiya neftindən imtina etməyə başlayıb. Nəticədə, bu il Şimal Dəniz Yoluyla Asiya bazarına neft tədarükü 4,2% azalaraq 1,83 milyon ton təşkil edib.

Son xəbərlər
Digər xəbərlər