-3 C
Baku
Sunday, December 15, 2024

Çinin beynəlxalq valyuta ehtiyatları azalıb

Çinin beynəlxalq valyuta ehtiyatlar yanvar ayında 99.5 milyard dollar azalıb. Bu bardə Çinin Xalq Bankı məlumat yayıb. Çin mərkəzi höküməti milli valyutanın möhkəmlənməsi və xaricə nağd pul axının qarşısını almaq üçün dollar ehtiyatlarını məqsədyönlü şəkildə azaldır. Belə ki, rəsmi Pekin sürətli devalvasiyanın ölkə iqtisadiyyatını “tarimar” edəcəyindən qorxur.Bununla belə Çin hələ də dünyanın ən böyük xarici valyuta ehtiyatı olan dövlətidir. Hazırda Çinin 3.23 trilyon dollara məxsus olduğu bildirilir. Statistikaya görə 6 aylıq müddət ərzində valyuta ehtiyat 420 milyard dolara yaxın azalıb.

Bu 2012-ci ilin may ayından bəri ən aşağı göstəricidir. Əksər Çin şirkətləri krediti dollarla götürdüyündən zəifləməkdə olan yunanın ciddi fəsadlara yol açacağı bildirilir.

İnvestorlar yuanla qiymətləndirilmiş investisiyalarını ziyan çəkməsdən əvvəl geri götürməyə çalışır. Vəziyyəti sabitləşdirmək Çin Xalq Bankı dollarları satır və əvəzinə yuan alır. Hökümət paralel olaraq, valyuta spekulasiyalarına qarşı mübarizə, xarici banklarda yuan ehtiyatlarının qorunub saxlanılması və digər maliyyə taktikalarından istifadə edir.

ANS Press

Son xəbərlər
Digər xəbərlər