15 C
Baku
Friday, March 29, 2024

Çinin daha bir şirkəti “Boeing”dən kompensasiya tələb edir

Çinin aviasiya nəhənglərindən olan “China Eastern Airlines”ın ardından “Air China” da “Boeing 737 Max” tipli təyyarənin istifadəsinin müvəqqəti dayandırılmasından yaranan maddi itkilərə görə ABŞ korporasiyasından kompensasiya tələb edir.

Bu barədə “Air China” məlumat yayıb. Şirkət artıq rəsmi müraciətini “Boeing” korporasiyasına göndərib.

Çin şirkəti bu ilin martında Efiopiyada “Boeing 737-Max 8” təyyarəsinin qəzaya uğramasından sonra istifadəsində olan 15 eyni tip təyyarələrin uçuşlarını müvəqqəti dayandırmışdı. “Air China” kompensasiya tələbində daha əvvəldən sifariş etdiyi bir neçə “737 Max” təyyarələrinin təhvil verilməsinin gecikməsindən yarana biləcək maddi itkiləri də qeyd edib.

Qeyd edək ki, mayın 21-də Çinin üç ən böyük aviasiya şirkətindən olan “China Eastern Airlines” balansında olan 14 “Boeing 737 Max” tipli təyyarənin istifadəsinin müvəqqəti dayandırılmasından və əvvəldən sifariş olunan eyni tipli təyyarələrin təhvil verilməsinin gecikməsindən yaranan maddi itkilərə görə ABŞ korporasiyasından kompensasiya tələb etdiyini açıqlayıb.

©Azərtac

Son xəbərlər
Digər xəbərlər