Çinin Honor brendi yeni texnologiyalarını onlayn təqdim edib

Çin “Huawei Technologies” şirkətinin “Honor” smartfon brendi yeni məhsullarının anonsunu onlayn prezentasiya edib.

Yeniliklər arasında “MagicBook 14” və 15 yeni nəsil portativ kompüterlər, 5G kommunikasiya standartını dəstəkləyən “Kirin 990” prosessoru ilə təchiz edilmiş “Honor 9X Pro”, “Honor View 30 Pro” smartfonları və “Honor MagicWatch 2” qol saatının xüsusi versiyası təqdim ediliblər.

Prezentasiya zamanı təqdim olunan malların qiymətləridə açıqlanıb.

Daha əvvəl Ümumdünya Mobil Konqressinin (Mobile World Congress, MWC) təşkilatçısı “GSMA” Assosiasiyası dünyanın ən böyük mobil sərgilərindən birinin koronavirus səbəbiylə ləğv edildiyini bildirib. Sərgi 24-27 fevral tarixlərində keçirilməli idi. Bununla əlaqədar aralarında Sony olmaqla bir neçə şirkət prezentasiyalarını onlayn-translyasiya formatında keçiriblər.

©Trend


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları