8 C
Baku
Tuesday, March 19, 2024

Çinin “Huawei” şirkətinin əməliyyat sistemi “Hongmeng” adlanacaq

Çinin “Huawei” şirkətinin əməliyyat sistemi “Hongmeng” adlanacaq.

Məlumata görə, şirkət tərəfindən istifadəçilərə bütün “Huawei” və “Honor” smartfon və planşetləri üçün təhlükəsizlik sistemi yenilənmələri və satışdan sonrakı xidmətin göstərilməsi ilə təmin ediləcəyinə zəmanət verilir.

Məlumata görə, “Linux” əməliyyat sisteminə əsaslanan yeni “Hongmeng” sisteminin adı Çin mifologiyasından götürülüb. Sistem telefon və noutbuklar daxil olmaqla kross-platforma kimi, universal əməliyyat sistemi qismində istifadə ediləcək.

Qeyd edək ki, ötən cümə ABŞ Prezidenti Donald Tramp “Huawei” şirkətinin avadanlığından istifadənin qadağan edilməsi haqqında fərman imzalayıb. Bazar ertəsi məlum olub ki, “Google”, “Qualcomm”, “Intel”, “Broadcom” və ABŞ-ın digər mikroçip və proqram təminatı istehsalçıları Çin şirkəti ilə əməkdaşlığı dayandırıb. “Huawei” şirkəti “Google” servis və proqramlarından, o cümlədən “Google Play” əlavələr mağazası və “Gmail” elektron poçtundan istifadədən məhrum edilib. Bundan başqa, Çin istehsalçısı ABŞ-ın “Google” şirkətinin texnologiya və proqram təminatından yararlana bilməyəcək.

©İctnews

Son xəbərlər
Digər xəbərlər