12 C
Baku
Wednesday, December 11, 2024

Çinin mərkəzi bankı “lüks şəraitindən” yararlanmaqdadır

Mərkəzi bank funksiyasında olan Çinin Xalq Bankı (PBoC) kreditlərin əsas faiz dərəcəsi (LPR, loan prime rate) ilə bağlı 2022-ci ildən bu tərəfə davam edən sabitliyi qorudu və gözlənilən addım oldu.

Banker.az xəbər verir ki, mərkəzi bank faizləri 3.65%-də sabit saxlayıb.

Çin 2022-ci ildə dünya mərkəzi banklarının bir çoxundan fərqli olaraq faiz artımı ilə bağlı yumşaq siyasəti dəstəklədi. Buna səbəb daxildəki inflyasiyanın iqtisadiyyat üçün məqbul – 1%-dən aşağı olmasıdır. Martda 0.7 faizlik inflyasiya olub. İkinci bir məsələ Çinin iqtisadiyyatı digər ölkələrdən fərqli məcrada inkişaf etməsidir.

Çində 2023-cü ilin martında ümumi daxili məhsulun həcmi illik müqayisədə 4%-lik artım proqnozuna qarşı 4.5% artdı.

Sənaye istehsalı illik müqayisədə 3.9% artım göstərib.

Beləliklə, ofşor valyutası sayılan renminbi (yuan) buna bir o qədər də güclü reaksiya sərgiləmədi. USD/CNY cütlüyünün məzənnəsi ilin əvvəli 6.95 səviyyəsində olduğu halda, aprelin əvvəlinə 6.88 səviyyələrində ticarətini davam etdirir.

Qeyd edək ki, Çin Xalq Bankı 2022-cü ilin avqustunda əsas kredit faizlərini 3.70%-dən 3.65%-ə endirmişdi.

 

Son xəbərlər
Digər xəbərlər