10 C
Baku
Friday, December 13, 2024

Çinin reklam agentliyi işçilərini süni intellektlə əvəz edir

Çinin “BlueFocus” reklam agentliyi bəzi işçilərini süni intellektlə əvəz etməyi planlaşdırır, Banker.az bu barədə Forbes-ə istinadən xəbər verir.

Şirkət kopirayterlərdən və qrafik dizaynerlərdən imtina etmək niyyətindədir, onları ChatGPT kimi generativ süni intellekt modelləri ilə əvəz etmək istəyirlər. “BlueFocus” texnologiyalarını lisenziyalaşdırmaq ək üçün “Alibaba Group” və “Baidu”ya müraciət edib.

“BlueFocus Communication Group” – 3 milyard dollarlıq bazar dəyəri olan şirkətdir. Şirkətin saytındakı məlumata görə, o, “Samsung” və “BMW” ilə əməkdaşlıq edir. Daha əvvəl “Bloomberg” öz süni intellekt modelini təqdim edib. O, “OpenAI”nin GPT-si ilə eyni texnologiyadan istifadə edir. Neyroşəbəkə agentliyin son 20 il ərzində toplanmış maliyyə sənədləri üzrə təlim keçib. O, jurnalistlərin suallarını cavablandıra və tezislər əsasında başlıqlar yaza bilir.

Son xəbərlər
Digər xəbərlər