26 C
Baku
Saturday, July 27, 2024

Çinin Rusiya ilə ticarət kəsiri rekord həddə çatıb

Ukraynada müharibənin başlamasından sonra qlobal enerji qiymətlərinin yüksəlməsi nəticəsində Çinin Rusiya ilə ticarət kəsiri 2022-ci ildə rekord həddə çatıb.

Çin Baş Gömrük İdarəsinin məlumatına görə, 2022-ci ildə dünyanın ikinci ən böyük iqtisadiyyatı Rusiya ilə 38 milyard dollarlıq ticarət kəsiri ilə üzləşib.

Çin Rusiyadan 114,1 milyard dollar dəyərində mal alıb ki, bu da ötən illə müqayisədə 44% çoxdur. Rusiyaya ixrac təxminən 13% artaraq 76,1 milyard dollara çatıb.

Avropa İttifaqının sanksiyalarından sonra Çin Hindistan və Türkiyə ilə birlikdə Rusiya xam neftinin bir neçə əsas alıcısından birinə çevrilib.

Son xəbərlər
Digər xəbərlər