9 C
Baku
Thursday, December 12, 2024

Çinin Şimali Amerika və Avropaya sərmayələri 73% aşağı düşdü

Çinin Şimali Amerika və Avropaya birbaşa xarici sərmayələri 73%-ə qədər düşüb, Baker&McKenzie hüquq şirkəti bu haqda xəbər verir.

2018-ci ildə ÇXR-in Avropa və Şimali Amerikaya birbaşa xarici investisiyaların həcmi $30 milyard təşkil edib. Qeyd edək ki, 2017-ci ildə bu rəqəm $111 milyard, 2016-cı ildə $94 milyard təşkil edib. Banker.az xəbər verir ki, bu, Baker & McKenzie və Rodyum Group araşdırma şirkətinin tədqiqatında göstərilmişdir.

2018-ci ildə Şimali Amerikaya xarici investisiyalar isə cəmi $8 milyard təşkil edib (2017-ci ildə $31 milyard, 2016-cı ildə $48 milyard).

Bu, Çinə tətbiq edilən xarici əməliyyatlar üzrə məhdudiyyətlərin, ABŞ-da xarici sərmayələrin sərt şəkildə idarə olunmasının və dünyanın iki böyük iqtisadiyyatı arasında gərginliyin nəticəsidir.

Bununla yanaşı, ötən il Çinin Kanadaya qoyduğu sərmayələr 80% artaraq $2,7 milyard çatmışdır.

2018-ci ildə Çinin Avropaya birbaşa xarici sərmayəsi də düşüb, tamamlanan əməliyyatların ümumi dəyəri $22,5 milyard təşkil edir, bu, 2017-ci ildəki $80 milyard ilə müqayisədə 70% azdır.

2017-ci ildə investisiyanın böyük hissəsi ChemChina tərəfindən Syngenta-nın alınmasına aid olmuşdur ($43 milyard), bu əməliyyatlar istisna olmaqla 2018-ci ildə Avropaya Çin sərmayəsi 40% azalıb.

Ötən il Fransa, Almaniya, İspaniya və İsveç daxil olmaqla, əsas Avropa iqtisadiyyatlarında Çin investisiyaları artıb.

“Vesti.Ekonomika” nın məlumatına görə, noyabr ayında Aİ rəsmiləri xarici sərmayələrin tədqiqi üçün nəzərdə tutulan mexanizmin şərtləri barədə razılığa gəliblər. Aİ bu mexanizmin Çinin Avropanın yüksək texnologiyalı şirkətlərinin əldə etməsinə qarşı yönəlməyəcəyini dəfələrlə bəyan edib.

AB liderləri, dövlətə məxsus olan və ya dövlət tərəfindən maliyyələşdirilən xarici müəssisələr tərəfindən, elmi araşdırma, kosmik, nəqliyyat, enerji və telekommunikasiya kimi müxtəlif sahələrdə Avropanın yeniliklərinin oğurlanmasından ehtiyat edirlər.

Onların fikrincə, sərmayəçinin Avropa ölkəsində əldə etdiyi bir şey, digər üzv dövlətlərinin təhlükəsizliyini təhlükə altına salmalı deyil.

 

Son xəbərlər
Digər xəbərlər