32 C
Baku
Tuesday, June 18, 2024

Çinin valyuta ehtiyatları 2018-ci il ərzində illik hesabatla 2,1 faiz azalıb

Banker.az “Report”-a əsasən xəbər verir ki, Çinin valyuta ehtiyatları 2018-ci il ərzində illik hesabatla 2,1 faiz azalaraq 3,07 trilyon ABŞ dolları təşkil edib.

Bu barədə Çin Dövlət Xarici Mübadilə İnzibatlığı (State Administration of Foreign Exchange – SAFE) bildirib.

İdarənin dərc etdiyi məlumata görə, sözügedən trend ötən ilin noyabr ayında ehtiyatların 0,3 faiz, yaxud 8,6 milyard dollar, dekabr ayında isə 0,4 faiz, yaxud 11 milyard dollar artımdan sonra meydana gəlib.

“Ötən ilin hadisələrinə nəzər salsaq, valyuta ehtiyatları bir qədər azalsa da, ümumiyyətlə, sabit qaldığı ortaya çıxır. Ayrı-ayrı ölkələr arasında fərqli artım dinamikasının ortaya çıxdığı, maliyyə bazarlarında dəyişkənliyin artdığı bir dövrdə Çin iqtisadiyyatı yenə də dayanıqlı və ahəngli inkişaf edir”, – SAFE-nin baş iqtisadçısı Vanq Çunyinq qeyd edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər