9 C
Baku
Monday, November 18, 2024

Çinin valyuta ehtiyatları dekabrda 3 trilyon dolları keçib

Çin Xalq Bankı (Mərkəzi Bank) 2022-ci ilin dekabrında milli valyuta ehtiyatlarının 3.128 trilyon dollara qədər artdığını qeyd edib ki, bu da həmin ilin noyabr ayı ilə müqayisədə 11 milyard dollar çoxdur.

Ölkənin Valyuta Nəzarəti üzrə Dövlət İdarəsinin məlumatına görə, valyuta ehtiyatları 2022-ci ilin may ayından bəri ən yüksək həddə çatıb. Analitiklər buna, əsasən yuanın ABŞ dollarına nisbətdə 2.8 faiz bahalaşmasının səbəb olduğunu bildirirlər.

Çinin valyuta ehtiyatları sentyabrdan (2017-ci ilin mart ayından bu yana ən aşağı səviyyə) başlayaraq üçüncü aydır ki, ardıcıl olaraq artmağa davam edir.

Həmçinin dekabr ayında Çində qızıl ehtiyatları 63.67 milyon unsiyadan (111.65 milyard dollar) 64.64 milyon unsiyaya (117.24 milyard dollar) yüksəlib.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər