Çin Dövlət Valyuta İdarəsi valyuta ehtiyatlarının vəziyyəti ilə bağlı məlumat yayıb. İyulun sonunda onların həcmi 3 trilyon 292.2 milyard dollar təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 25.2 milyard dollar (0.76%) azdır, “Sinxua” xəbər verir.
İyul ayında ABŞ dolları indeksi yüksəlmiş, qlobal maliyyə aktivlərinin qiymətləri makroiqtisadi məlumatlar, pul siyasəti və dünyanın aparıcı iqtisadiyyatlarının gözləntiləri kimi amillərin təsiri ilə qarışıq hərəkət göstərmişdir.
Hesabatda həmçinin qeyd olunur ki, Çin iqtisadiyyatı yüksək dayanıqlıq və böyük potensial nümayiş etdirir. Uzunmüddətli perspektivdə əlverişli şərtlər və əsas meyillər dəyişməyib ki, bu da valyuta ehtiyatlarının sabitləşməsinə şərait yaradır.