Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp Konqresə illik ismarışında bəyan edib ki, Çinlə bağlanacaq ticarət sazişi «iki ölkə arasındakı ticarətdə real, struktur dəyişikliklərini» özündə əks etdirməli, ABŞ-n ticarət defisitinə müsbət təsir göstərməlidir.
Trampın sözlərinə görə, saziş «ədalətsiz ticarətin dayandırılması və amerikalıların iş yerlərinin qorunması» şərtləri daxilində bağlanacaq.
Prezident qeyd edib ki, ABŞ «Çinə açıq işarə vurur ki, çox illər uzunu sənayeyə edilən hücumlar, intellektual mülkiyyətin , Amerika iş yerlərinin və varidatının oğurlaması yekunlaşmalıdır».
Tramp onu da bəyan edib ki, ABŞ-da «iqtisadi möcüzə»yə axmaq müharibələr, siyasət və sarsaq partiya araşdırmaları mane olur. O, «xaricdəki düşmənlərə qalib gəlmək üçün ölkə daxilində birləşməyə» çağırıb.
©AzPolitika