26 C
Baku
Wednesday, April 24, 2024

“Çinlə ticarət sazişinin birinci mərhələsi üzrə razılaşma ABŞ-da imzalanacaq”

Əgər nail olunsa, rəsmi Vaşinqton və Pekinin son ticarət sazişi üzrə danışıqlar çərçivəsində birinci mərhələnin tamamlanmasını qeyd edəcək razılaşma ABŞ-da imzalanacaq.

TASS xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Nyu-Yorkdan qayıtdıqdan sonra Ağ Evdə söhbət zamanı jurnalistlərə bildirib.

Tramp ticarət sferasında mübahisələrin nizama salınması üzrə Amerika-Çin danışıqlarında irəliləyişin olduğunu bildirib. “Mən ilk növbədə (ticarət -red) sazişi bağlamaq istəyirəm. Görüş yerlərini (tərəflərin imzalayacağı razılaşmanın yeri-red) olduqca sadə şəkildə seçmək olar. Biz ilk növbədə sazişin bağlanılmasının alınıb-alınmayacağına baxacağıq. Əgər sazişi bağlasaq, onda görüş yerlərini seçmək çox sadə olacaq. Bu harada isə ABŞ-da olacaq”, – Tramp qeyd edib.

Report

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər