Bu yaxınlarda Çinin diler avtosalonlarından birində bir avtomobil alıcısı avtomobilin haqqını “xırda pulla” ödəmək niyyətində olduğunu bildirir. Bu zaman diler alıcının xırda pul deyərkən sözün əsl mənasında ödənişi qəpiklərlə, daha doğrusu 150 kiloqram çəkili 3 torba qəpiklə ödəyəcəyini təxmin belə etmirdi.
İlk ödənişi hesablamaq üçün yarım gün və avtosalonun 8 əməkdaşı lazım gəldi. Qeyd edək ki, çinli avtomobili 51 800 yuana əldə etdi. O ödənişi 3 gün ərzində hissələrlə ödəməlidir və avtosalon işçiləri yeni avtomobilin sahibini böyük səbirsizliklə gözləyirlər…