10 C
Baku
Friday, December 13, 2024

Çinli turistlər Avstraliyaya 8,2 milyard gəlir gətiriblər

Avstraliyaya gələn xarici turistlərin sayı 12 ayda 2019-ilin mart ayına qədər 8,5 milyona çatmışdır. Bununla yanaşı, onlar arasında çinli turistlərin payı daha çoxdur.

Banker.az bu haqda Sinxua informasiya agentliyinə istinadən xəbər verir. 

Ümumilikdə ötən il ilə müqayisədə Avstraliyaya gələn turistlərin sayı 3%, onların xərclədiyi məbləğ isə 5% – 44,3 milyard dollara qədər artıb. Çin Avstraliyanın əsas turizm bazarı olaraq qalmaqdadır. Çinli turistlərin sayı 2,9% artaraq 1,3 milyona, onların xərclədiyi məbləğ isə 10% artaraq 12 milyarda çatıb.

Hindistandan gələn qonaqların sayı 14,6% artaraq 342,694 minə çatıb, bu 2017-ci və 2018-ci illər arasında 17%-lik artımdan sonra baş verib.

Qeyd etmək lazımıdır ki, hindistanlı turistlərlə çinli turistlər arasında müəyyən fərqlər var. Adətən hindistanlılar Avstraliyaya öz ailə üzvlərinə dəyməyə gəlirlər.

Hindistanlılar Avstraliyaya etdikləri səfəri orta hesabla 61 gecə təşkil edir, bu isə digər turistlərlə müqayisədə 2 qat çoxdur.

Yaponiyadan gələn turistlərin sayı 8,6% artaraq 437,547 min nəfərə çatıb.

Fransa, Kanada və Niderlanddan gələnlərin sayı 5%-dən çox artıb, Böyük Britaniyadan gələnlərin sayı isə 4% azalıb.

 

 

Son xəbərlər
Digər xəbərlər