14 C
Baku
Sunday, September 29, 2024

Çip kartları ilə bağlı miflər

Plastik kartları ilə bağlı fırıldaqçılıq hallarının artması bankları daima öz müştərilərinin plastik kart hesablarını qorumaq üçün yeni mexanizmlər tətbiq etməyə sövq edir. EMV standart kartlar və ya başqa sözlə desək, çip kartlar texnikanın bu sahədəki ən son yenilikləri hesab olunur. 

Amma nədənsə heç də hamı bu kartlara sahib olmağa tələsmir. Belə kartlardan istifadə təcrübəsi hələ ki çox deyil. Bundan əlavə çip kartları haqqında daha çox şayiələr və miflər dolaşır, nəinki sağlam düşüncə əsasında söylənilmiş rəylər. Bəs onlardan hansı həqiqət, hansılar isə uydurmadır?

Çip kartları səni istənilən tip fırıldaqçılardan qoruyacaq?

Belə düşüncə o qədər də doğru deyil. Əlbəttə ki, maqnit zolağındakı məlumatları skimminq qurğusu vasitəsi ilə oxumaq mümkündür, qurğu informasiyanı toplayır və onu məsafədən ötürə bilir. Daha sonra cinayətkarlar kartın dublikatını hazırlayır və vəsaiti hesabdan götürürlər.

Kombinə edilmiş kartların maqnit zolağı vasitəsi ilə cinayətkarlar j=kart barəsində bütün informasiyanı əldə edə bilərlər, amma əksər hallarda canilər kartın tam eyni nüsxəsini yarada bilmirlər: məhz həmin çip onlara çatışmır.

Maqnit zolağında bu kartda çip olması ilə bağlı informasiya saxlanılır. Buna görə də bankomatlar və ya terminallar kartda həmin çipi axtarmağa başlayacaq və çip tapılmadıqda istənilən bir əməliyyatın avtorizasiyasına imtina ediləcək.

Amma unutmaq lazım deyil ki, daha irəliləmiş və təkmilləşmiş cinayət halları internet vasitəsi ilə həyata keçirilir. Bu zaman kart özü yox, yalnız kartdakı informasiya istifadə olunur. Əgər fırıldaqçıda lazımi informasiya varsa, kartın çipli olub-olmaması onun üçün elə bir önəm kəsb etmir.

Çipli kartlar daha bahadır?

Qeyd etmək lazımdır ki, bankın özü üçün çipli kartların emissiya edilməsi, adi maqnit zolaqlı kartlardan daha başa gəlir. Buna görə də banklar çipli kartlar ilə də məxsusi reklam etmirlər. Həmçinin kartın özünün hazırlanması da daha uzun müddət çəkir. Fərqli banklarda bu müddət 3-10 gün arası dəyişə bilər.

Çipli kartlara heç də bütün bankomatlar xidmət göstərmir

Qeyd etmək lazımdır ki, əksər Azərbaycan bankları kombinə edilmiş (yəni hər iki funksiyanı özündə birləşdirən (çip və maqnit zolağı) kartlar buraxır ki, bu da onların istənilən yerdə istifadə edilməsini mümkün edir.

kartochki

Mikro prosessorlu çiplərin yerləşdiyi plastik kart sahiblərinin bankomatlarda keçirdiyi əməliyyatlar adi maqnit zolaqlı plastik kartlar ilə keçirilən əməliyyatlardan heç nə ilə fərqlənmir.

Həmçinin də ticarət satış məntəqələrində quraşdırılan terminallar bir qayda olaraq həm çipli, həm də maqnit zolaqlı plastik kartlara xidmət göstərmək funksiyalarına malik olur.

Əgər terminal qurğusu çipli kartlara xidmət göstərilməsi imkanını dəstəkləyirsə, onda tranzaksiya kartdakı çipin oxunulması vasitəsi ilə həyata keçirilir. Bu zaman istənilən VİSA kart sahibləri PİN-kod yığmalı olacaqdır.

Əgər terminal avadanlığı kartlara çip vasitəsilə xidmət göstərilməsini dəstəkləmirsə, onda tranzaksiya adi qaydada, informasiyanın maqnit zolaqdan oxunması vasitəsi ilə həyata keçirilir. Bu zaman mikro prosessorlu kart sahibi əməliyyatı kart-çekin üzərində imza atmaqla təsdiqləməli olacaqdır.

Çip kartının heç bir çatışmazlığı yoxdurmu?

Gördüyünüz kimi, kartların istifadəsi ilə bağlı bəzi xüsusiyyətləri biz artıq yuxarıda sadalamışıq. Bundan əlavə bu smart-kartların bəzi aşkar çatışmazlıqları vardır.
Beynəlxalq Ödəniş Sistemlərinin çip kartları ticarət şəbəkəsindəki istənilən bir əməliyyatın həyata keçirilməsi üçün mütləq pin-kod yığılmasını tələb edir. Eyni zamanda bəzi ticarət şəbəkələri bəlli əməliyyatın keçirilməsini tələb etməyən maqnit kartlar ilə işləməyə üstünlük verir.

Çip kartları yalnız çip vasitəsi ilə fərqlənir?

Bütün dünyada çip kartlar mürəkkəb ödəniş aləti hesab olunur. Çip kartları bir neçə əlavə köməkçi funksiyalar ilə təchiz etmək və onlardan yararlanmaq mümkündür –metroda keçid kartı rolundan tutmuş, bu kart vasitəsi ilə müxtəlif endirimlər və bonusların hesablanmasına qədər.

Lakin Azərbaycanda bu mif reallıq ilə üstə-üstə düşür, çünki funksiyalarına görə çip kartlar maqnit zolaqlı kartlardan heç nə ilə fərqlənmir.

kartochki

Çipli kartlar hamıya lazımdırmı?

Əlbəttə ki, çipli kartlar bazarda gələcək nəsillərin kartı kimi təqdim olunur, onun kütləviləşəcəyi gözlənilir. O, hamı və hər kəs – istənilən istifadəçi növü üçün nəzərdə tutulub, bu banka həm ümumi, həm də ayrı-ayrı fərdlər üçün istədiyi formada loyal sxemlər tətbiq etmək imkanı verir.

Amma situasiyaya digər tərəfdən yanaşsaq və belə bir məmnuniyyət (həzzin) qiymətini nəzərə alsaq, onda istər-istəməz belə sual yaranır, doğrudanmı belə bir əşya hamıya lazımdır?

Məsələn, ayda bir dəfə öz kartından təqaüd çıxaran tələbənin belə kart nəyinə gərəkdir? Ya da pullarını kartda deyil, bankda saxlayan təqaüdçülərə? Əlbəttə ki, bu sual sadəcə ritorik xarakter daşıyır.

Çiplər və kütlə

Fırıldaqçılıq hallarının müntəzəm olaraq artması səbəbindən belə şayiələr gəzir ki, banklar kütləvi olaraq çip yeniliklərindən istifadəyə keçəcəklər. Amma açıq aşkar görünür ki, bu hədəfə nail olmaq üçün bu növ plastik kartların istehsalının maya dəyərini aşağı salmaq lazımdır.

Bu zaman bankların yeni texnologiyalara keçid etmək və cinayətkarlıqla mübarizə aparmaq üçün sərbəst vəsaitləri qalacaqdır.

Texnologiyaların fasiləsiz inkişafına rəğmən, çip istehsalı ucuzlaşacaq. Amma yenə də «ağıllı kartlardan» (smart-card) istifadəyə keçid perspektivləri elə də sevindirici deyil. Bəs bizim həmvətənlərimiz belə kartlardan istifadəyə nə dərəcədə hazırdır?

Son xəbərlər
Digər xəbərlər