13 C
Baku
Friday, May 17, 2024

“Citibank” ABB-yə xətt açdı – Sədrdən açıqlama!

Dünyanın nəhəng maliyyə qurumlarından olan Citibank ABB-yə beynəlxalq ticarətin maliyyələşdirilməsi üzrə örtüksüz xətt açıb. Bu barədə məlumatı ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov özünün Facebook səhifəsində paylaşıb:

“Xoş bir xəbəri sizinlə bölüşmək istərdim. Dünyanın aparıcı maliyyə qurumlarından olan ABŞ bankı Citibank uzun dönəmdən sonra ilk dəfə ABB-yə beynəlxalq ticarətin maliyyələşdirilməsi məqsədli örtüksüz xətt açıb.

Artıq bu xətt çərçivəsində ilk əqd də bağlanıb, korporativ müştərilərimizdən biri 9.5 mln. ABŞ dolları məbləğində sənədli əməliyyat imkanından faydalana bilib. İlk əməliyyatın infrastruktur layihələrinə aid olması xüsusilə əhəmiyyətlidir” – Abbas İbrahimov yazıb.

ABB-nin İdarə Heyətinin sədri paylaşımında onu da qeyd edib ki, Citibank-ın Banka açdığı böyük məbləğdə kredit xətti ölkəmizin bank sektoruna olan inamın, ABB-nin dayanıqlı maliyyə vəziyyətinin və artan nüfuzunun daha bir göstəricisidir.

abbas ibrahimov

Qeyd edək ki, Citibank kimi böyük şəbəkəyə malik bankdan örtüksüz xəttin olması ABB-nin müştəriləri olan şirkətlərin, sahibkarların qlobal bazarlardan aldıqları məhsul və xidmətlər üzrə əqdlərin maliyyələşdirilməsi imkanlarını genişləndirir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər