-1 C
Baku
Sunday, December 15, 2024

ABŞ-ın nüfuzlu bankı: Neft bazarı təklif qıtlığı ilə üzləşəcək

“Neft bazarında 2018-ci ildə izafi təklif əvəzinə təklif qıtlığına hazırlaşmaq lazımdır”. “Bloomberg” agentliyinə istinadən, belə bir proqnozu ABŞ-ın nüfuzlu “Citibank”ı yayıb.

Bankın Qlobal xammal bazarları Departamentinin müdiri Ed Mors (Ed Morse) hesab edir ki, OPEC-dəki 5 ölkə – Liviya, Nigeriya, Venesuela, İran və İraqın neft hasilatı bu il maksimum həddə çatıb: “Lakin kəşfiyyat və tədqiqat işlərinə ayrılan investisiyaların azalması səbəbindən 2018-ci ildə hasilatda artım əvəzində geriləmə riski ilə qarşılaşa bilərik”.

Sinqapurdakı “S&P Global Platts APPEC” konfransında çıxış edən Mors qeyd edib ki, neft bazarında OPEC hasilatının önəmli dərəcədə arta biləcəyi ilə bağlı risklər var: “Lakin əksinə, bazarda qıtlıq görə bilərik”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər