1 C
Baku
Saturday, December 14, 2024

“Citigroup” kriptovalyutalarla işləmək üçün yeni xidmət yaratmağı düşünür

“Citigroup” artan tələb fonunda kriptovalyutalarla işləmək üçün yeni xidmət işə salmağı planlaşdırır.

Banker.az “Forbes.ru”ya istinadən xəbər verir ki, bu barədə bankın qlobal valyuta şöbəsinin rəhbəri İtay Takman məlumat verib.

Onun sözlərinə görə, qərar hələ verilməyib, lakin “Citi” müştərilərinə kriptovalyutaların saxlanması, satılması və maliyyələşdirilməsi ilə bağlı xidmətlər təqdim etmək imkanlarını nəzərdən keçirir. “Biz təhlükəsiz olmayan bir şey etməməliyik. Və tənzimləyicilərin dəstəyini alacağımıza əmin olduğumuz zaman işə başlayacağıq”, – deyə İtay Takman əlavə edib.

Xatırladaq ki, mart ayında “Citigroup” “bitkoinin irəliləməsi yolunda bir çox risk və maneələrin olmasına baxmayaraq”, kriptovalyuta qlobal ticarət üçün daha əlverişli ola bilər.

“Citi” geniş dairənin bitkoinə olan marağın “çox sürətli” şəkildə artdığını qeyd edib. Daha əvvəl “Goldman Sachs” və “Bank of New York” kriptovalyuta bazarının müxtəlif sahələrində fəaliyyətlərini gücləndirməyi planlaşdırdıqlarını açıqlayıblar. Mart ayında “Goldman Sachs” kriptovalyuta ticarəti şöbəsini yenidən işə salıb və bitkoin fyuçersləri ilə işə başlayacağını bildirib.

Son xəbərlər
Digər xəbərlər