Yeni olan “Clubhouse” sosial şəbəkəsi istifadəçilərin bir qisminin danışıqlarının sızdırıldığını açıqlayıb.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Qeyd edildiyi kimi, bunun səbəbi fevralın 20-də aşkar edilən hakker hücumu olub.
“Hakker hücumu “Clubhouse” tətbiqetməsini yaratmaq üçün istifadə olunan “javascript” alqoritminə əsaslanıb. Kibercinayətkarlar faktiki olaraq xidmətin özünü saxtalaşdırıblar”, – deyə şirkətin təhlükəsizlik direktoru və “Facebook”un keçmiş təhlükəsizlik rəhbəri Aleks Stamos söyləyib.
O, “Clubhouse”un hakkerlərin kimliyini və hücumun mənşəyini müəyyənləşdirə bilmədiyini qeyd edib. Ekspertlər sosial şəbəkədəki söhbətlərin məxfiliyinə və təhlükəsizliyinə güvənməməli olduğumuzu vurğulayıb.