Yalnız “Apple” mobil cihazlarında iOS əməliyyat sistemində işləyən “Clubhouse” sosial şəbəkəsi yaxın zamanda Android üçün də əlçatan olacaq.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Belə ki, şirkət Android üçün yeni tətbiq üzərində işə başladığını açıqlayıb.
Xatırladaq ki, “Clubhouse” – istifadəçilərə virtual otaqda ünsiyyət qurmağa imkan verən səs sosial şəbəkəsidir. Bu şəbəkəyə yalnız başqa bir istifadəçinin dəvəti ilə qoşulmaq mümkündür. “Clubhouse” 2020-ci ilin mart ayında işə düşsə də, yalnız ilin sonunda populyarlaşmağa başlayıb.
Sosial şəbəkənin diskussiyalarında İlon Mask və Oleq Tinkov kimi tanınmış şəxslər iştirak edib. Fevralın 21-də verilən məlumata görə, “Clubhouse”un aktiv istifadəçilərinin sayı artıq 10 milyonu keçib.
İnvestorlar “Clubhouse”u 1 milyard dollar dəyərində qiymətləndirlər. İndiyədək şirkət təxminən 100 milyon dollar investisiya cəlb edib.