22 C
Baku
Sunday, May 26, 2024

“Coca Cola” Azərbaycana ödədiyi vergilərin məbləğini açıqlayıb

ABŞ-a məxsus “The Coca Cola Company”nin yerli törəməsi – “Azerbaijan Coca Cola Bottlers Limited” MMC 2017-ci ilin sonuna qədər Azərbaycan iqtisadiyyatına 275 mln. manat investisiya qoyub.

Bunu şirkətin baş direktoru Erdinc Güzel bildirib.

Onun sözlərinə görə, bu rəqəm “JR Consalting” – müstəqil analitik şirkətinin apardığı hesablamalar nəticəsində məlum olub.

Bundan başqa, hesablamalardan sonra “Coca Cola”nın indiyə qədər Azərbaycanın dövlət büdcəsinə 253 mln. manat mənfəət vergisi ödədiyi üzə çıxıb.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər