11 C
Baku
Saturday, May 11, 2024

Coca-Cola şirkəti son on ildə ilk dəfə yeni məhsul buraxacaq

Coca-Cola şirkəti son on ildə ilk dəfə yeni ətirli yeni məhsul təqdim edəcək.

“Orange Vanilla” adlanan bu məhsul portağal və vanil dadı verəcək. Şirkətdən alınan məlumata görə, burada moruq, limon və zəncəfil dadları da testləşdirilib, lakin foks-qrup məhz vanil və portağalın “hibrid”ini xoşlayıb.

Yeni məhsul fevralın 25-də bütün ölkədə satışa daxil olacaq və şüşə bankalarda, habelə plastik butulkalarda təqdim ediləcək. “NCAA March Madness” basketbol turnirinin sonuna qədər bu məhsul Wendy’s fast-fud restoranlarında da satılacaq, turnir başa çatandan sonra isə bütün restoranlarda və mağazalarda təklif olunacaq.

MənbəAzərTac
Son xəbərlər
 ⁠
Digər xəbərlər